İran millisi Azərbaycanı məğlub etdi-Çimərlik futbolunda
https://azeri.sahartv.ir/news/futbol-i402386-İran_millisi_azərbaycanı_məğlub_etdi_Çimərlik_futbolunda
İranın çimərlik futbolu üzrə milli komandası Belarusda keçirilən beynəlxalq yarışda ilk oyununda Azərbaycan milli komandasına qalib gəlib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 06, 2023 15:36 Asia/Baku
  • İran millisi Azərbaycanı məğlub etdi-Çimərlik futbolunda

İranın çimərlik futbolu üzrə milli komandası Belarusda keçirilən beynəlxalq yarışda ilk oyununda Azərbaycan milli komandasına qalib gəlib.

Məlumata görə, İranın çimərlik futbolu üzrə milli komandası şənbə günü (5 avqust) Belarusun ev sahibliyi etdiyi MDB ölkələr arası təşkil olunmuş oyunlarının ikinci turunda Azərbaycanla qarşılaşıb və yekunda 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, İran Belarus, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə MDB ölkələr arası oyunlarının ikinci mərhələsinin birinci qrupunda yer alıb.
Xatırladaq ki, İranın çimərlik futbolu üzrə milli komandası Sankt-Peterburq turnirində iştirak etdikdən sonra MDB ölkələri çimərlik futbolu yarışlarında iştirak edib.