İtalyan jurnalist: "Tottenhem" iranlı Taremi ilə şifahi razılığa gəlib
https://azeri.sahartv.ir/news/futbol-i402440-İtalyan_jurnalist_tottenhem_iranlı_taremi_ilə_şifahi_razılığa_gəlib
İtalyan jurnalist Nikolo Şira bildirib ki, İran milli futbol komandasının hücumçusu Mehdi Taremi “Tottenhem” klubu ilə şifahi razılığa gəlib, amma rəsmi müqavilə hələ yekunlaşdırılmayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 08, 2023 12:55 Asia/Baku
  • İtalyan jurnalist:

İtalyan jurnalist Nikolo Şira bildirib ki, İran milli futbol komandasının hücumçusu Mehdi Taremi “Tottenhem” klubu ilə şifahi razılığa gəlib, amma rəsmi müqavilə hələ yekunlaşdırılmayıb.

O, bazar ertəsi Twitter hesabında yazıb: “Mehdi Tareminin 25 milyon avroya “Portu”dan “Tottenhem”ə transferi ilə bağlı danışıqlar gedir. Hücumçu ilə klub arasında 2026-cı ilə qədər müqavilə üçün prinsipial razılaşma var".

Tottenhem və Portu, Harry Keynin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda Mehdi Tareminin Londona köçürülməsi ilə bağlı danışıqlara başlayıblar.

2020-ci ildə “Rio Ave”dən “Portu”ya gedən Taremi keçən mövsüm 51 matçda 31 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.