İyul 18, 2020 11:01 Asia/Baku
  • HƏMAS:

Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın mətbuat katibi Qüdsi şərif və Əl-Əqsa məscidinin Fəlsətin xalqı və müqavimət cəbhəsinin qırmızı xətti olduğunu və onların qorunmasının bütün islam ümmətinin dini borcu olduğunu vurğulayıb.

SəhərAzəri Əl-Aləm telekanalına istinadla xəbər verir ki, HƏMAS hərəkatının sözçüsü Fəvzi Bərhum cümə günü Əl-Əqsa məscidindəki Babul-Rəhmət müsəllasının bağlanmasına etiraz olaraq keçirilən aksiyada deyib: "Qüds Fələstin xalqının əbədi paytaxtıdır və "əsrin sövdələşməsi" sionist-amerikan planı heç vaxt reallaşmayacaq.

Fələstinin İslami Cihad hərəkatının yüksək vəzifəli üzvü Xizr Həbib də Qəzzə də keçirilən fələstinlilərin aksiyasında deyib: "Fələstinlilər heç vaxt sionist rejimin Qüdsi şərifə nəzarətin və hakimiyyətin ələ keçirilməsinə dair planlarının icrasına icazə verməyəcəklər.

Babul-Rəhmət Əl-Əqsa məscidinin şərqi hissəsində yerləşir və Qüdsün Vəqflər İdarəsi bu girişi Təl-Əviv tərəfindən 10 il müddətinə məcburi bağlı qaldıqdan sonra 2019-cu ilin Fevral ayında yenidən açdı.

Babu-Rəhmə qapısının açılmasından bəri sionit rejim polisi namazqılanlar və mühafizəçilərə qarşı təxribatçı hərəkətlərini artırıb və onlarınbir çoxunu sürgün edib.

Qüdsün işğalçı rejimi mənzilləri dağıtmaq, fələstinliləri həbs etmək, Əl-Əqsa məscidinə basqın etmək və sionist qəsəbələrin sakinlərini artırmaqla Qüdsü yəhudiləşdirmək və fələstinliləri qovmaq məqsədini güdür.

Teqlər