Fələstinin müqavimət qrupları sionist rejim və BƏƏ-nin biabırçı razılaşmasını kəskin şəkildə qınayıblar
https://azeri.sahartv.ir/news/fələstin-i365921-fələstinin_müqavimət_qrupları_sionist_rejim_və_bƏƏ_nin_biabırçı_razılaşmasını_kəskin_şəkildə_qınayıblar
Fələstinin müqavimət qrupları bir bəyanatda, BƏƏ ilə sionist rejim arasında münasibətlərin normallaşdırılmasını kəskin şəkildə qınayıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 13, 2020 18:50 Asia/Baku
  • Fələstinin müqavimət qrupları sionist rejim və BƏƏ-nin biabırçı razılaşmasını kəskin şəkildə qınayıblar

Fələstinin müqavimət qrupları bir bəyanatda, BƏƏ ilə sionist rejim arasında münasibətlərin normallaşdırılmasını kəskin şəkildə qınayıblar.

SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın mətbuat katibi Fövzi Bərhum etdiyi çıxışında ABŞ-ın fitnəsi olan BƏƏ ilə sionist rejim arasında münasibətlərin normallaşdırılmasına toxunub. O, deyib: "Sionist rejim ilə BƏƏ razılaşması, Əbu-Dabinin sionist işğalçılara Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə, verdiyi mükafatdır".

Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli üzvü olan Davud Şəhab da bu razılaşmanı Netanyahunun Nazirlər Kabinetinin daxili böhrandan bir növ xilası kimi dəyərləndirib.

O, həmçinin sionist rejimlə münasibətlərin normallaşdırılmasını düşmən qarşısında təvazükarlıq adlandırıb və vurğulayıb ki, bu razılaşma fonunda sionist rejim daha da harınlaşacaq.

ABŞ prezidenti Donald Trampın sionist rejim ilə BƏƏ arasında münasibətlərin normallaşdırılması üçün ardıcıl səyləri nəticəsində avqustun 13-də tərəflər diplomatik əlaqələri tam normallaşdırımağa dair razılığa gəliblər.