Fələstin: Qüds satılıq deyil
Fələstin: Qüds satılıq deyil
"Qüds və fələstinlilərin milli və müstəqil qərarları satılıq deyil"
Səhər Azəri bildirir ki, bu sözləri Fələstin Özünüidarə Təşkilatının sözçüsü Nəbil Əburdinə söyləyib.
Nəbil Əburdinə BƏƏ və İsrail arasındakı anlaşmaya reaksiya olaraq Qüdsün satılıq olmadığını bildirib və deyib: Qüds və müqəddəs məkanlara qarşı istənilən hərəkət cavabsız qalmayacaq.
Əl-Cəzirə kanalı bildirir ki, Fələstin Özünüidarə Təşkilatının sözçüsü Nəbil Əburdinə deyib: Fələstin hökumətinin başçısı Mahmud Abbasın da dediyi kimi Qüds və fələstinlilərin milli, müstəqil qərarları satılıq deyil. Və Fələstin hökuməti bu amerikan anlaşmaya qarşı çıxan bütün fələstinli qrupları dəstəkləyir. Biz bütün problemlər və çətinliklər ilə mübarizə aparmaq iqtidarındayıq.
Birləşmiş Ərəb Əmirlikləri və sionist İsrail rejimi cümə günü diplomatik əlaqələrin qurulmasına dair razılığın əldə olunduğunu elan etdilər.