Nasir Səlahəddin batalyonu: Hücuma cavabımız hücum olacaq
Nasir Səlahəddin batalyonu: Hücuma cavabımız hücum olacaq
Fələstinin Nasir Səlahəddin batalyonları bu gün bir bəyanat yayaraq, sionist düşmənə Qəzzə ilə bağlı planlarını həyata keçirmək icazəsi verməyəcəyini bildirib.
Səhər Azəri bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin sionist İsrail rejimi ilə diplomatik əlaqələr qurmaq qərarını açıqlamasının ardınca Fələstinin Nasir Səlahəddin batalyonu bir bəyanat yayaraq, sionist düşmənə Qəzzə ilə bağlı planlarını həyata keçirmək icazəsi verməyəcəyini və hücuma hücumla cavab veriləcəyini bildirib.
Fələstin müqaviməti o cümlədən Həmas və Fəth hərəkatları da bazar günü ayrı-ayrılıqda bəyanatlar yayaraq, Qəzzəyə və Fələstin xalqına qarşı artan hücumlara görə sionist rejimin məsuliyyət daşıdığını bildiriblər.
Fəth hərəkatının mərkəzi komitəsinin üzvü Abbas Zəki Əbu-Dəbinin sionist İsrail rejimi ilə sülh anlaşmasının ardınca dedi: Məhəmməd bin Zaid hətta Birləşmiş Ərəb Əmirliklərinin konstitusiyasına belə xəyanət etdi. Və Əmirliklər bu xəyanət odunda yanacaq.