Xəbərdarlıq: Fələstinli əsirlərin vəziyyəti pisdir
Fələstin Əsirlər və Azadələrin Məsələləri üzrə Komitə İsrail rejiminin "Rəmlə" həbsxanasında saxlanılan 13 fələstinli əsirin vəziyyətinin ağır olması ilə bağlı xəbərdarlıq edib.
SəhərAzəri Fələstin İnformasiya Mərkəzindən verilən məlumata istinadla xəbər verir ki, Fələstin Əsirlər və Azadələrin Məsələləri üzrə Komitə oktyabrın 2-də bir bəyanat yayaraq, bu 13 fələstinli əsirin xərçəng və ürək xəstəliyindən əziyyət çəkdiyini və tədrici ölümə məruz qaldığını bildirib.
Bu hüquqi orqan beynəlxalq ictimaiyyət, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatını səssizliyə son qoymağa və sionist rejimin fələstinli əsirlərə qarşı məqsədyönlü siyasətləri qarşısında dayanmağa çağırıb.
Bu məlumata əsasən, sionist rejim fələstinli əsirlərin sağlamlığına əhəmiyyət vermir və yüzlərlə əsirin xroniki xəstəliklər, o cümlədən xərçəngdən əziyyət çəkməsinə baxmayaraq, hələ də onları azadlığa buraxmaqdan və ya xəstəxanaya köçürməkdən imtina edir.
41 qadın və 140 uşaq daxil olmaqla təxminən 4 min 800 fələstinli əsir sionist rejim məhbəslərində saxlanılır, onlardan 340 nəfəri mühakimə olunmayıb və günahlandırılmayıb və müvəqqəti həbsdədir.