Hollandiya müstəqil Fələstin ölkəsinin təşkilini dəstəkləyir
Hollandiyanın xarici işlər naziri müstəqil Fələstin ölkəsinin təkşkilini dəstəkləyib.
SəhərAzəri Fələstinin rəsmi xəbər agentliyi VƏFA-nın məlumatına istinadla xəbər verir ki, Hollandiya parlamentinin radikal sağçı partiyasının deputatlarından birinin təşəbbüsü və xarici işlər naziri Stef Blok və xarici ticarət naziri Siqrid Kaaqın iştirakı ilə keçirilən sual-cavab sessiyasında Hollandiyanın müstəqil Fələstin ölkəsinin qurulmasına dair dəyişməz mövqeyinə təkid edilib.
Hollandiyanın xarici ticarət və xarici işlər nazirləri vurğulayıblar ki, bu ölkənin Fələstin orqanları və müəssisələrini dəstəkləməsi,1967-ci ilin sərhədləri çərçivəsində müstəqil bir Fələstin ölkəsinin qurulması ilə iki ölkənin təşkilinə dair bir həll yoluna nail olmaq üçün Hollandiya öhdəliyinin tərkib hissəsidir.
Hollandiya Sosialist Partiyasının Fələstinə dəstək üçün irəli sürdüyü layihə iyul ayında parlamentdə təsdiqlənib.
Layihəyə əsasən, Hollandiya hökuməti İordan çayının qərb sahilinin İsrail rejimi tərəfindən ilhaq edilməsini beynəlxalq hüquqa zidd hesab edir və bu layihə Təl-Əvivin ilhaq planını həyata keçirmək istədiyi təqdirdə Hollandiya və Avropa İttifaqını ona qarşı cəza tədbirləri tətbiq etməyə çağırır.
Qərb sahilinin bəzi hissələrini ilhaq etməyə dair sionist rejimin baş naziri Benyamin Netanyahunun planına qarşı geniş beynəlxalq etirazlar səbəbindən bu rejim geri çəkilməyə məcbur olub.