Bir fələstinli gənc sionistlərin atəş açması nəticəsində şəhid olub
https://azeri.sahartv.ir/news/fələstin-i371633-bir_fələstinli_gənc_sionistlərin_atəş_açması_nəticəsində_şəhid_olub
Sionist hərbçilər İordan çayının qərb sahilində gənc bir fələstinliyə atəş açaraq, onu şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2021 16:28 Asia/Baku
  • Bir fələstinli gənc sionistlərin atəş açması nəticəsində şəhid olub

Sionist hərbçilər İordan çayının qərb sahilində gənc bir fələstinliyə atəş açaraq, onu şəhid ediblər.

SəhərAzəri "Şəhab" xəbər agentliyinə istinadən xəbər verir ki, sionist rejim hərbçiləri Qərb sahilində yerləşən Beytləhmin cənubunda bir sionist qəsəbəsi yaxınlığında soyuq silahla müqavimət əməliyyatı həyata keçirmək niyyətində olduğunu zənn edərək, gənc bir fələstinlini hədəf alıblar.

Gənc fələstinli aldığı yaraların ağırlığı səbəbindən şəhid olub.

Bu hadisə ilə bağlı hələ ki, ətraflı məlumat verilməyib.

Sionistlər öz ekspansionist məqsədlərinə nail olmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edərək, saxta iddialarla fələstinliləri həbs edir, yaralayırl və ya şəhid edirlər.