Əsirlər mübadiləsi sionist rejimin öz əsirlərinə çatmasının yeganə yoludur
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü vurğulayıb ki, sionist rejim öz əsir əsgərlərinə yalnız əsirlərin real mübadiləsi yolu ilə çatacaq.
SəhərAzəri xəbər verir, Hazim Qasim deyib ki, dolayısı ilə müzakirə və real bir dəyişdirmə, Fələstinlə sionist rejim arasında əsirlər mübadiləsi məsələsinin yeganə həll yoludur.
Bundan öncə sionist rejimin müharibə naziri Beni Qants bu rejimin iki hərbçisinin Həmas-ın əsirliyində olmasına toxunaraq, demişdi ki, əsirlər geri qaytarılmadan Qəzzə zolağının inkişafı istiqamətində addım atılmayacaqdır.
Sionist rejim iddia edir k, bu iki sionist hərbçi 2014-cü il döyüşlərində öldürülüb və Həmas onların cəsədlərini digər sionist əsrilərlə yanaşı saxlayır.
Belə bir halda, Fələstin müqaviməti həmin iki sionist hərbçi barədə məlumat verməkdən çəkinərək, əsirlər mübadiləsi əməliyyatı vasitəsilə minlərlə fələstinlini azad etməyə çalışır.
Fələstinli əsirlər və azadələrin işləri təşkilatının son statistikalarına əsasən, hazırda sionist rejim məhbəslərində altı min 500 fələstinli əsir saxlanılır.