Mart 31, 2021 14:57 Asia/Baku
  • Mərakeşli fəallar Sionist rejimlə münasibətlərin normallaşmasına qarşı mitinq çağırışı edirlər

Mərakeşli fəallar, “Yer Günü” münasibətilə Fələstində anti-sionist mitinq keçirməyi planlaşdırdıqlarını söylədilər.

SəhərAzəri xəbər verir ki, Mərakeşli fəallar, mitinqin ərəb rejimlərinin Sionist rejimlə münasibətləri normallaşdırmaq cəhdlərinə qarşı oalcağını bildiriblər.

30 Mart Çərşənbə axşamı, Fələstinlilərin “Yer günü” qırx beşinci ildönümü idi.

30 Martın "Yer Günü" adlandırılmasının əsas səbəbi 1976-cı ilin bu günündə işğalçı Sionist rejimin hərəkəti ilə əlaqədardır.

30 Mart 1976-cı ildə Sionist rejim Fələstinin şimalındakı Əl-Cəlil bölgəsində minlərlə hektar Fələstin ərazisini ələ keçirdi.

Sionist rejimin bu hərəkəti fələstinlilərin dərhal reaksiyasına səbəb oldu; Fələstinli fəalların çağırışından sonra 30 Mart 1976-cı il tarixində Fələstinlilər tərəfindən nümayişlər təşkil edildi, lakin Sionist İsrail rejimi hərbçiləri etirazları repressiya edərək, altı fələstinli öldürüldü və yüzlərlə insan yaralandı.

Bu səbəbdən Fələstinlilər 30 Martı "Yer Günü" adlandırdılar. İordan çayının qərb sahili, Qəzza zolağı, Qüds şərifin sakinləri və fələstinli qaçqınlar da daxil olmaqla hər il fələstinlilər bu gün Sionist İsrail rejimi əleyhinə nümayişlər keçirirlər.

 

Teqlər