Fələstinli əsirin aclıq aksiyası davam edir
https://azeri.sahartv.ir/news/fələstin-i375148-fələstinli_əsirin_aclıq_aksiyası_davam_edir
Sionist rejim məhbəslərindəki fələstinli əsirlərin aclıq aksiyaları davam edir və bir fələstinlinin aclıq aksiyası qırxgünlük olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2021 12:01 Asia/Baku
  • Fələstinli əsirin aclıq aksiyası davam edir

Sionist rejim məhbəslərindəki fələstinli əsirlərin aclıq aksiyaları davam edir və bir fələstinlinin aclıq aksiyası qırxgünlük olubdur.

SəhərAzəri xəbər verir ki, Fələstininin Ələsir müəssisəsi bu gün bildirib ki, özünün qəddarcasına həbs olunmasına etiraz olaraq, sionist rejim məhbəsində aclıq keçirən fələstinli əsir İmad Bətran aclıq aksiyasının qırxıncı gününü arxada qoyub.

Fələstininin Ələsir müəssisəsi bildirib ki, sionsit rejimin zindan təşkilatı dəfələrlə bu fələstinli əsirin yerini dəyişibdir ki, sonda onu öz aclıq aksiyasını sındırmağa məcbur etmiş olsun.

Bu fələstinli əsir bir neçə dəfə müxtəlif zindanlara köçürülüb və hazırda Rəmlə məhbəsində fərdi kamerada həbsdədir.

Əsir İmad Bətran bütövlükdə on ildən çoxdur ki, əsirlikdədir və hazırda heç bir ittiham elan olunmadan sionist rejim həbsxanasında saxlanır.

Hazırda sionist rejim məhbəslərində 4700 fələstinli əsir vardır ki, onların 250 nəfəri uşaq, 47 nəfəri isə qadındır.