HƏMAS və İslami Cihad müqavimət cəbhəsinin birləşməsinin vacibliyini vurğuladılar
İslami Cihad və Həmas hərəkatlarının yüksək səviyyəli üzvləri sionist rejimin sui-qəsdlərinə qarşı dayanmaq üçün müqavimət cəbhəsinin birləşməsinin vacib olduğunu vurğulayıblar.
SəhərAzəri :Palinfo xəbər verir ki, İslami Cihad hərəkatının heyəti, Qəzzada HƏMAS liderləri ilə görüşərək müqavimət cəbhəsini gücləndirmək üçün sıraları birləşdirməyin lazım olduğunu bildiriblər.
Verilən məlumata görə, görüş zamanı hər sahədə ikitərəfli münasibətlər də daxil olmaqla bir çox mövzu müzakirə edilib. Müqavimət və işğalçı rejimin sui-qəsdləri ilə mübarizə və münasibətlərin normallaşması da müzakirə olunan məsələlər arasında olub.
Açıqlamada, tərəflərin siyasi və meydandakı vəziyyətini araşdırdıqları və Qüds xalqının sionist rejim və yəhudiləşdirmə sui-qəsdlərinə qarşı müqavimətinin təqdir edildiyi bildirilib.
İslami Cihad və HƏMAS üzvləri müqavimət cəbhəsinin birliyini və çətinliklərlə üzləşməyə və müqaviməti hər sahədə dəstəkləməyə hazır olmağın lazım olduğunu vurğulayıblar.
İki tərəf də məhbusların azad edilməsinin vacibliyini vurğulayıb və müqavimətin məsuliyyəti olduğunu bildiriblər.
İclasda iştirak edən İslami Cihad üzvləri arasında Xalid Əl-Bəttaş, HƏMAS üzvləri arasında Fəthi Həməd və Suheyl Əl-Hindi var idi.