Apr 30, 2021 19:36 Asia/Baku
  • Məsciduləqsa- Əziz İslam Peyğəmbərin (s.ə.s) merac gecəsində namaz qıldığı məkan

Adı Qurani-Kərimdə gələn Məsciduləqsa, müsəlmanların ilk qibləsi olub və əziz İslam Peyğəmbəri (s.ə.s.) merac gecəsində orada namaz qılıb.

SəhərAzəri xəbər verir ki, çoxları Məsciduləqsanı qızılı rəngli və Qübbətüs-Səhra kimi tanınan Məscidunnisa ilə səhv salırlar.

Adı Qurani-Kərimdə gələn Məsciduləqsa, müsəlmanların ilk qibləsi olub və əziz İslam Peyğəmbəri(s.ə.s.) merac gecəsində orada namaz qılıb.

Məsciduləqsa üzrə ekspert Behcət Əl-Səlamiyyə bu haqda deyir: "Məsciduləqsanın səhni altında Əlburaq, Əqsa və «Əlqədim Vəlmərvani» kimi üç digər məscid mövcuddur. Bu məscidin Qübbətüs-Səhra adlandırılmasının səbəbi budur ki, qızılı günbəzinin altında müqəddəs bir daş mövcuddur.

Amma qızılı günbəzi olan binanın adı Məscidunnisa və ya Qübbətüs-Səhradır. Sionist medialar onu Məsciduləqsa kimi təqdim etməyə can atırlar, zira əsl Məsciduləqsanı məhv etmək üzrə planları var ki, əgər bu hadisə baş verərsə, müsəlmanlara çox təsir etməsin, çünki qızılı məscid onların gözləri önündədir.

Bu məscidin müxtəlif hissələrdə yerləşən çox sayda qapısı var. Əlbəttə, sionistlər onların bəzilərini çoxdandır ki, bağlayıblar.

Sionistlər iddia edirlər ki, Süleyman məbədi adlandırılan bina Məsciduləqsa-nın altında yerləşir. Bu məqsədlə bu məscidi hədəfə alıblar.

Teqlər