May 07, 2021 15:12 Asia/Baku
  • Livan və Fələstin müqavimət qrupları bir araya gəliblər

Livan və Fələstin müqavimət qruplarının baş üzvləri bir mərasimdə İran İslam Respublikasının Fələstin məsələsinin bərpası və İslam Dünyasında ona prioritet verilməsi sahəsindəki əməyini yüksək qiymətləndiriblər.

SəhərAzəri- nin məlumatına əsasən, Livan və Fələstin müqavimət qruplarının baş üzvlərinin, həmçinin Livanın xristian şəxsiyyət və rəsmilərinin toplantısı İran səfirliyinin dəvəti və məzlum Fələstin xalqına dəstək ilə Beyrutda keçirilib.

Mohəmməd Cəlal Firuzniya- İranın Livandakı səfiri mərasimdə etdiyi çıxışında deyib: 

İmam Xomeyni(qoddesə serruhuşşərif) qırx ildən çox müddət öncə mübarək ramazan ayının sonuncu cüməsini Ümundünya Qüds Günü adlandırdı. Bu gündə bütün müsəlmanlar və dünyadakı azadlıqsevərlər Fələstin məsələsinə sədaqət və Qüdsün azadlığına məhəbbət ilə birləşirlər.

Bu mərasimdəki fələstinli qrupların nümayəndələri müqavimət mehvərinin və region xalqlarının Fələstin xalqını himayə və virtual mühitdə həmrəylik dalğasının yaradılması üzrə səylərini diqqətə və təqdirəlayiq adlandırıblar.

Fələstin Həmas hərəkatının baş üzvü Usam Həmdan isə bu mərasimdə belə söyləyib:

Fələstin məsələsinin əsası Həzrət İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə qoyulub və bu məsələ İran İslam İnqilabının Böyük Rəhbərinin istiqamətləndirməsi və himayəsi ilə azadlığa doğru irəliləyir.

Bu mərasimdən öncə də regiondakı müqavimət qruplarının baş üzvləri Beyrutda, Fələstin strateji araşdırmalar mərkəzində sionist düşmən qarşısında müqavimət, imperializmə qarşı mübarizə və müqavimət mədəniyyətinin yayılması üzrə həll yolları ətrafında fikir mübadiləsi aparmışdılar.

Həmçinin İranın Livandakı səfirliyində keçirilən mərasimdə İslam İnqilabının Böyük Rəhbərinin Fələstin məsələsi və işğalçılarla mübarizə barədəki təfəkkür mənzuməsini şərh edən «Fələstin məsələsi» kitabının yeni redaktəsinin təqdimatı olub.

Teqlər