Seyyid Həsən Nəsrullah Qüds günü münasibətilə çıxış edib
Livan Hizbullahının baş katibi Qüds günündəki çıxışının əvvəlində bu günü dini bir məsələ adlandırıb.
Bildirib ki, fələstinlilərin öz haqlarına təkidi bütün müqavimət mehvərinə legitimlik bəxş edəcək.
Nəsrullah bildirib ki, Qüds günü dini, insani və əxlaqi bir məsələdir.
O, sonra vurğulayıb ki, Fələstin xalqının müqaviməti, həmçinin öz haqqına və Qüdsə təkidi olduqca mühümdür və bütün müqavimət mehvərinə legitimlik bəxş edəcək.
Düşmən daim çalışır ki, Qəzzəni Qüds olaylarından uzaqlaşdırsın. Fələstinin rəhbərlərini Qüdsə kömək üzrə mövqelərini davam etdirimək üçün Qəzzə zolağından geri çağırıram, zira bu məsələ döyüş qaydalarının bir hissəsini Qüdsün və Məsciduləqsanın mühafizəsinin xeyrinə dəyişəcək-deyə Seyyid Həsən Nəsrullah vurğulayıb.
Livan Hizbullahının baş katibi sonra vurğulayıb ki, sionistlər bu gün müqavimət mehvərinin sabitliyi və onunla bağlı olaylardan nigarandırlar.
O daha sonra deyib ki, Amerikanın yeni hökumətinin prioritetlərinin dəyişməsi region üzərində təsir buraxacaq və birincisi- sionist düşmən olan Amerikanın regiondakı muzdurlarını nigaran edəcək.
S.H.NƏSRULLAH QÜDS GÜNÜ MÜNASİBƏTİLƏ ÇIXIŞ EDİB