May 14, 2021 17:17 Asia/Baku
  • Qəzzə zolağı 160 sionist qırıcısının bombardmanı altında

Sionist rejim ordusu iddia edib ki, bu gün səhər saatlarında Qəzzə zolağına qarşı hücumlarda yüz altmış qırıcı Qəzzənin şimalındakı çox sayda hədəfi bombardman edib.

SəhərAzəri-nin məlumatına əsasən,Sionist rejim ordusu bildirib ki, yüz altmış qırıcı təkcə qırx dəqiqə ərzində 150 hədəfə qarşı təqribən 450 raket atıb.

İsrail rejimi ordusunun sözçüsü qeyd edib ki, dünən gecə keçirilmiş əməliyyat son bir neçə gün ərzindəki döyüşlər zamanı Qəzzə zolağına qarşı həyata keçirilən ən böyük hücum olubdur.

O, deyib ki, sionist rejim qırıcılarının hava təcavüzlərndən əlavə, bu rejimin tankları və artilleriyası da dünən gecə Qəzzə zolağının günahsız əhalisinə qarşı şiddətli hücumlar həyata keçiriblər.

Bu rejim ordusunun sözçüsü bildirib ki, hələ quru qoşunları Qəzzə zolağına qarşı əməliyyata başlamayıblar və onlar hələlik sərhəd bölgələrində yerləşirlər. O deyib ki, bir saat ərzində əlli tank və beş yüz artilleriya mərmisi fələstinliləri hədəfə alıb.

Bu bəyanatda etiraf edilibdir ki, sionist rejimin «dəmir qübbə» adlı hava hücumundan müdafiə sistemləri Qəzzə zolağından atılan təkcə bir neçə raketin izinə düşə biliblər.

Bəyanatda qeyd olunur ki, onların bir çoxu Qəzzənin ətrafında yerləşən izdihamlı sionistsakinli qəsəbələrə düşübdür.

Fələstin müqaviməti ilə sionist rejim arasındakı döyüşlər bazar ertəsi günündən və müqavimətin Təl-Əvivə/ bu rejimin Qüdsə və Məsciduləqsaya qarşı təcavüzlərinin bitməsi vacibliyinə dair möhlətinin başa çatmasından sonra başlanıbdır.

Qəzzə zolağının səhiyyə nazirliyi bildiribdir ki, bu anadək sionistlərin vəhşicəsinə hücumlarının qurbanlarının sayı 119 şəhidə, o sıradan 27 uşağa və on bir qadına çatıbdır. Həmçinin altı yüzdən çox fələstinli də indiyədək yaralanıbdır.

Bununla belə, sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün təhdidlə bildiribdir ki, Qəzzə zolağına qarşı hücumları «lazım olan zamana»dək davam etdirəcək.

Teqlər