Qəzzənin bombalanması davam edir; şəhidlərin sayı 139-a çatıb
https://azeri.sahartv.ir/news/fələstin-i377028-qəzzənin_bombalanması_davam_edir_şəhidlərin_sayı_139_a_çatıb
Qəzzədəki Mülki Müdafiə Təşkilatı, sionist rejimin Qəzzəyə qarşı hava hücumlarının başladığı gündən bəri 139 fələstinlinin şəhid olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2021 12:01 Asia/Baku
  • Qəzzənin bombalanması davam edir; şəhidlərin sayı 139-a çatıb

Qəzzədəki Mülki Müdafiə Təşkilatı, sionist rejimin Qəzzəyə qarşı hava hücumlarının başladığı gündən bəri 139 fələstinlinin şəhid olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzzədəki Mülki Müdafiə Təşkilatı açıqlamasında şəhid olanların 39-nun uşaq, 22-nin qadın olduğu bildirilib.

Fələstinin Səhiyyə Nazirliyi də bildirib ki, sionist rejimin Qəzzəyə hücumlarında ən azı 950 nəfər yaralanıb. 

İşğal olunmuş Qüds və Fələstinin bəzi digər şəhərləri mübarək Ramazan ayından bəri sionist hərbçilərlə bu rejimin davamlı cinayətləri və yəhudiləşdirmə planlarına etiraz edən fələstinli ibadət edənlər arasında toqquşmaların şahididir.