May 17, 2021 19:27 Asia/Baku
  • Sionist rejim qırıcılarının hücumunda müqavimət komandirlərindən biri şəhid olub

Sionist rejim qırıcılarının Qəzzə zolağına hava hücumları nəticəsində müqavimət qrupunun komandirlərindən biri şəhid olub.

SəhərAzəri-nin məlumatına əsasən, Qüds hərbi birləşmələrin komandirlərindən olan Hesam Əbu-Hərbidin avtomobili Qəzzə zolağında sionist rejiminin raket hücumuna məruz qalıb və bu terror hücumu nəticəsində şəhid edilib.

Sionist rejim Qəzzənin digər bölgələri, o cümlədən Xan Yunisi də  bombalayıb, nəticədə iki fələstinlini şəhid edilib.

Fələstinin müqavimət qruplarının kütləvi raket hücumları qarşısında aciz qalan sionist rejim Həmas rəhbərləri və komandirlərini terror etməklə hədələyib. 

Son bir həftədə Qəzzə zoçlağına hücumlarda və fələstinlilərin qətiamında məsuliyyət daşıyan İsrail ordusunun cənub qüvvələrinin komandiri Eliezer Toledano, Həmas-ın yüksək səviyyəli liderləri, o cümlədən hərbi qanadının baş komandanı Məhəmməd Əl-Zəyf və Həmasın Qəzza zolağındakı siyasi bürosunun rəhbəri Yəhya əl-Sənvarın terror edilməsi ehtimalının olduğunu iddia edib. 

Müqavimət liderləri elə bir halda terrorla hədələnir ki, sionist rejim ordusunun Qəzzə zolağına qarşı bazar günü hücumlarında Həmas hərəkatının siyasi bürosunun sədir Yəhya Əl-Sənvarın evi və ofisi də hədəfə alınıb.

Teqlər