"Kornet" raketləri müqavimət qüvvələrinə necə çatdırılıb?
Şəhid General Süleymaninin Kornet raketlərinin Qəzzəyə köçürülməsində əsas rolu olub.
SəhərAzəri-nin məlumatına əsasən,tanka qarşı Kornet raket bazası Qəzzəyə qarşı son 12 günlük müharibədə sionist rejimin quru hücumlarının qarşısının alınmasında önəmli rola malik oldu.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejimin Qəzzəyə qarşı son genişmiqyaslı müharibəsində Qəzzə müqaviməti dəfələrlə zirehli qüvvələrə qarşı Kornet raket sistemindən istifadə edərək Qəzzənin ətrafında sionist rejim ordusunun zirehli texnikalarını məhv edə bildi.
Görəsən bu raketlər necə Fələstin müqavimətinin ixtiyarına keçib? Bu sualı Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah 2020-ci il 27 oktyabrda Əl-Məyadin telekanalına verdiyi müsahibədə cavablandırıb.
Nəsrullahın dediyinə görə, şəhid General Qasim Süleymaninin Kornet raketlərinin Qəzzəyə köçürülməsində əsas rolu olub və şəhid Süleymani Rusiya istehsalı olan bu raketləri Suriya dövlətindən təhvil alaraq, bir əməliyyat çərçivəsində onları Qəzzədə müqvimət qruplarına çatdırıb. Sonralar Qəzzədə müqavimət Kornet raketlərindən istifadə etdikdə işğalçı rejimin hesablamaları alt-üst oldu.
Əl-Cəzirə telekanalı Kornet raketlərinin müharibə gedişatına təsiri barədə bildirir: “ Kornet raketlərinin zərbə gücünə ən əsas etiraf İsrail ordusunun generallarından birinin dilindən edildi. O deyir: “ Kornet kabineti üstələdi” . Kabinetdən məqsəd İsrailin təhlükəsizlik kabinetidir, hansı ki, Qəzzəyə hücum qərarını o vermişdir.
Əl-Cəzirə telekanalının veb səhifəsinin yazdığına görə, Kornet raketləri asan daşınma qabiliyyətinə malik olaraq, dəmir qüvvəni də yara bilir və müqavimət qüvvələri bu raket sistemindən faydalanaraq Qəzzənin ətrafındakı sionist rejim hərbçilərinin patrul qüvvələrini cidd vahiməyə salmışlar. Bu raketlərin dağıdıcılıq gücü çox böyükdür və hədəfə aldığı hərhansı bir tank və hərbi texnikada insan tələfatına səbəb olur.
Həmin veb səhifəsinin yazdığına görə, Kornet raketləri Fələstin müqavimətinin silah anbarının cəvahiratı sayılır.