May 29, 2021 13:45 Asia/Baku
  • HƏMAS sionistlərin Fələstindən qovulması vacibliyini vurğulayıb

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın rəhbərlərindən biri işğalçı sionistlərin Fələstin ərazilərindən qovulması vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, HƏMAS hərəkatının rəhbərlərindən olan Muşir Əl-Misri Rəfəh şəhərində keçirilən Qəzzə şəhidlərinin anım mərasimində çıxışı zamanı deyib: "Qüds mübarizənin əsas oxu və inqilabların partlayıcısıdır ki, onun azadlığı uğrunda müharibə təbilləri çalınır".

Əl-Misri sionist rejimin fələstinlilərin torpağında varlığının artıq qəbuledilməz olduğunu və bir gün mütləq müqavimətin əli ilə qovulacağını bəyan edərək, əlavə edib: "Qüds qılıncı artıq qınından çıxarılıb və Qüds azad olmayana qədər bir daha qına girməyəcək".

HƏMAS lideri sionist rejim başçılarına xitabən deyib: "Fələstin xalqı və Qüds, müqavimətin qırmızı xəttdləridir, buna görə də müqavimətin səbrini sınamayın, müqavimət millətin yeganə variantı və ümmətin iradəsi olaraq, qalacaq".

Qeyd edək ki, sionist rejim mayın 10-da İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinlilərə qarşı müharibə başlatdı, 12 günlük vəhşicəsinə hücumlarda çoxlu sayda fələstinli şəhid oldu və yaralandı, evlərinə və infrastrukturuna ciddi ziyan dəydi.

Fələstinin müqavimət qüvvələrinin bu təcavüz qarşısında qabaqcıl silahlardan istifadə etməsi sionistləri təəccübləndirdi və nəticədə qəsbkar rejim rəzilliklə məğlubiyyəti qəbul etdi.

Teqlər