"Facebook" Fələstinin ən böyük xəbər agentliyinin səhifəsini silib
Fələstinin ən böyük xəbər agentliklərindən biri "Facebook" üzərindəki səhifəsinin bloklandığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, "Şəhab" xəbər agentliyinin direktoru "Həssam Əl-Zayeğ" Facebook sosial şəbəkənin bu agentliyin səhifəsini sildiyini, bunun isə ifadə azadlığına zidd və beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bildirib.
"Şəhab" xəbər agentliyinin direktoru bu hərəkəti qınayaraq, əlavə edib: "Bu sosial şəbəkə, təlimatları pozmaq və zorakılığa təhrik etmək bəhanəsi ilə Fələstinin amalına uyğun olan hər cür məzmunla mübarizə aparır".
"Həssam Əl-Zayeğ" "Şəhab" xəbər agentliyinin 2009-cu ildə təsis edildiyini və Facebook-da 7,5 milyondan çox izləyicisinin olduğunu açıqlayıb.
Facebook-un bu haqsız hərəkətinə cavab olaraq, Fələstin Jurnalistlər Birliyi bir bəyanat yayıb və bu hərəkəti qınayıb.