Fələstindən Beynəlxalq Olimpiya Komitəsinə etiraz
-
Fələstin
Qəsb olunmuş Qüdsün 2020-ci il Tokio yay olimpiya oyunlarında sionist rejimə aid olan şəhər kimi qeydə alınmasının ardınca olimpiya oyunlarında iştirak edən Fələstin heyətinin sədri bu yarışlardan vaz keçmək qərarından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin rəsmi olmipiya heyətinin sədri Cəbrail Rəcub qəsb olunmuş Qüdsdən olan cüdoçu Vissam Əbu-Rəmilənin adının olimpiya başçıları tərəfindən sionist rejim təvəllüdlü idmançı kimi qeydə alınmasını pisləyib və bu hərəkəti qanunlar və gerçəkliklərin aşkar şəkildə pozulması adlandırıbdır.
O, Fələstin muxtariyyətinin xarici işlər nazirliyi ilə koordinasiya yaradaraq, Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Baxa, həmçinin Asiya Olimpiya Şurası, ərəb olimpiya komitələri federasiyası və islami həmrəylik üzrə idman federasiyasının sədrlərinə bir etiraz məktubu göndərib.
Rəcub həmçinin deyib ki, əgər bu səhv dərhal islah olunmazsa, Fələstin Olimpiya Komitəsi bu oyunlarda iştirakdan vaz keçdiyini elan edəcək və olimpiya nizamnaməsini pozanların və bu hadisə amillərinin cavabdehliyi üçün bütün lazımi tədbirləri görəcəkdir.
Bu etirazdan sonra Beynəlxalq Olimpiya Komitəsi fələstinlilərdən üzr istəyib və bildirib ki, bu səhv Beynəlxalq Olimpiya Komitəsinə maliyyə cəhətdən dəstək verən özəl şirkətlərdən biri tərəfdən olunub və fələstinli cüdoçu ilə bağlı informasiyaların qeydiyyatındakı yanlışlığa düzəliş edilibdir.