Avq 02, 2021 15:38 Asia/Baku

Fələstinin İslami Cihad Hərəkatı siyasi bürosunun üzvü deyib: "Sionist rejim yanlış olaraq, müqaviməti məğlub edə biləcəyini düşünürdü, amma müqavimətin imkanları onu təəccübləndirdi".

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin İslami Cihad Hərəkatı siyasi bürosunun üzvü Xalid Əl-Bətş fələstinli uşaqların və yeniyetmələrin sionist rejim tərəfindən öldürülməsinə reaksiyada deyib: "Bu rejim torpaqlarımızı işğal etməyə davam etdiyi müddətcə daimi cihad olacaq, çünki fələstinlilər ərazilərinin bir qarışından belə vaz keçməyəcəklər."

"Qüds Qılıncı" düyüşünün işğalçı sionist rejimlə son döyüş olmadığını bəyan edən Əl-Bətş əlavə edib: "Qüds Qılıncı" döyüşünün nəticələri hələ də davam edir və sionist rejimin Qəzzənin mühasirəsini gücləndirməklə hansısa bir uğur qazanmağa çalışmasına rəğmən, o, uğursuz olacaq".

Sionist rejim hərbçiləri şənbə günü Qüdsdə yerləşən Şeyx Cərrah məhəlləsinin girişlərini tam bağladılar və fələstinlilərin bu məhəlləyə girişinə mane oldular. Fələstin xalqından bir qrupu aksiya keçirərək, Qüdsün bu bölgəsində məhdudiyyətlərin aradan qaldırılmasını və Şeyx Cərrah sakinlərinin məcburi köçürülməsinin ləğv edilməsini tələb ediblər".

Bu elə bir haldadır ki, mayın 10-da sionist rejimin Şeyx Cərrah məhəlləsini boşaltmaq və sonra fələstinlilərin evlərini dağıtmaq cəhdləri xalq üsyanına, sonra isə 12 günlük "Qüds Qılıncı" adlı müharibəyə səbəb oldu ki, onun gedişatında sionist sakinli şəhər və qəsəbələr müqavimət qruplarının raketlərinin atəşi altında idi.  

Teqlər