Sen 14, 2021 11:08 Asia/Baku
  • FƏLƏSTİNLİ ƏSİRLƏRƏ DƏSTƏK AKSİYASI
    FƏLƏSTİNLİ ƏSİRLƏRƏ DƏSTƏK AKSİYASI

Sionist rejimin zindan məmurlarının işgəncələri nəticəsində azadlıq tuneli əməliyyatının dörd əsirindən biri olan Zəkəriyya Əlzubəydinin vəziyyətinin ağırlaşmasının ardınca Fələstin xalqı qərb sahili və Qəzzənin müxtəlif şəhərlərində ona və digər fələstinli əsirlərə dəstək aksiyaları keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Aksiyalar dünən Nablus, Cenin, Tulkərm, Əlxəlil, Qəzzə və Beyt Hanunda keçirilib.

Fələstinlilərin Nablusdakı aksiyası sionist hərbçilərlə toqquşmaya, atəş nəticəsində qırxdan çox fələstinlinin yaralanmasına, səs qumbarası partlayışı və gözyaşardıcı qazla tənəffüsə gətirib çıxarıb.

Cenində isə fələstinli etirazçılar Əlcəlmə yoxlama-buraxılış məntəqəsində sionist hərbçilərə atəş açıblar.

Ötən həftə altı fələstinli əsirin supertəhlükəsiz Cəlbu məhbəsindən qaçmasından sonra sionist rejimin təhlükəsizlik qüvvələri fələstinli məhbuslara qarşı düşmənçilik hərəkətlərini şiddətləndirib və azadlıq tuneli əməliyyatının dörd əsirindən biri olan Zəkəriyya Əlzubəydini ağır işgəncəyə məruz qoyublar.

Təl-Əvivin fələstinli əsirlərin həyatında məsuliyyət daşıdığını bildirən Fələstin muxtariyyəti hökumətinin baş naziri Muhəmməd Əştiyyə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə BMT-dən sionist məhbəslərdəki fələstinli əsirlərin vəziyyətinə baxmalarını istəyib.

Fələstinli qruplar da sionist rejimin bu hərəkətlərinə cavab olaraq, Misir vasitəsilə həmin rejimə kəskin mesaj göndərib və təhdid ediblər ki, əsirlərin yatırılmalarının davam edəcəyi halda, bu rejimlə olan bütün keçmiş atəşkəs razılaşmalarını ləğv edəcəklər.

 

Teqlər