Okt 11, 2021 20:53 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim

Sionist rejimin nümayəndələri işğal olunmuş Qüdsdə qəsəbə sakinləri üçün 100-dən artıq mənzilin inşasına dair bir layihə təsdiq etmək niyyətindədirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim işğal olunmuş ərazilərdə qəsəbələri genişləndirmək üçün bir layihəni təsdiqləməyə çalışır və işğal olunmuş Qüdsün cənubunda sionist qəsəbə sakinləri üçün yeni mənzillər inşa edəcəkdir. 

Bundan əvvəl Bennet hökuməti sionist qəsəbə sakinlərinə hər üç aydan bir qəsəbələrin inşası üçün yeni lisenziyalarin veriləcəyini vəd edib.

Lisenziyalar İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə sionist sakinli qəsəbələrin inşası üçün veriləcək.

Sionist rejimin daxili işlər naziri Ayelet Şaked Nazirlər Kabinetinin üzvlərinin sözü gedən lisenziyaların verilməsi ilə razılaşdıqlarını bildirib. 

Məlumata əsasən, 2021-ci il iyunun 24-də Neftali Bennetin hakimiyyətə gəlməsindən sonra işğal olunmuş ərazilərdə sionist sakinli qəsəbələr daha da genişlənibdir.

Teqlər