Həniyyə: "Sionist rejim bu gün özünün ən zəif mərhələsində yaşayır"
https://azeri.sahartv.ir/news/fələstin-i382660-həniyyə_sionist_rejim_bu_gün_özünün_ən_zəif_mərhələsində_yaşayır
Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun rəhbəri verdiyi açıqlamada deyib: "Sionist rejim bu gün özünün ən zəif mövqeyindədir və heç zaman regionda daha da nüfuz etməyə nail olmayaca".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2021 21:06 Asia/Baku
  • Həniyyə:

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun rəhbəri verdiyi açıqlamada deyib: "Sionist rejim bu gün özünün ən zəif mövqeyindədir və heç zaman regionda daha da nüfuz etməyə nail olmayaca".

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə deyib: "Fələstin xalqı Afrika və ərəb ölkələrinin İsrail rejimi ilə əldə edilən normallaşma razılaşmalarını ləğv etmələrini istəyir".

Həniyyə vurğulayıb: "Sionist işğalçılarının bölgədə genişlənmək cəhdləri heç zaman xalqın şüurunu və   təfəkkürünü dəyişə bilməyəcək. Bu gün regionda balans müqavimət tərəfindən müəyyən edilir".

Həmas-ın siyasi bürosunun rəhbəri Fələstin məsələsinin hələ də regionun vicdan məsələsi olduğunu bəyan edərək, əlavə edib: "Təl-əviv ilə münasibətləri normallaşdırma xalqlarımıza, Fələstin amalımıza, dəyərlərimizə və mübarizəmizə xidmət etmir. Regional sülhü təmin etmək üçün Fələstinin hüququnu gözardı etmə cəhdləri qəbuledilməzdir".