Noy 07, 2021 19:35 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim

Sionist rejim ordusunun ehtiyatda olan qüvvələrinin komandanlarından biri deyibdir ki, İsrail rejimi məhvolma yolundadır.

SəhərAzəri-nin məlumatına əsasən, İtshak Brik bildirib ki, bu rejim ordusu bir neçə cəbhədə müharibəyə hazır deyil və ehtimal olunan müharibələr İsrail rejimini onlarca il geriyə qaytaracaq.

Brik qeyd edib ki, bu söhbətlər hiddətdən irəli gələn bir proqnoz deyil, əksinə inkarolunmaz həqiqətlərdir.

Brik sonra belə əlavə edib: Sabiq müharibələrdə arxada qoyduğumuz çətin vəziyyət bir neçə cəbhədə müharibə aparmaq qarşısında heç nədir.

O, bildirib ki, həmin müharibədə İsrail rejiminin daxili cəbhəsinə tərəf gündəlik olaraq, minlərlə raket və pilotsuz atılacaq.

Bu sionist komandan proqnoz edib ki, sionist rejimə qarşı gələcək müharibədə fəlakət baş verəcək və bu rejimin infrastrukturları məhv olacaq.

 

Teqlər