Noy 11, 2021 17:31 Asia/Baku
  • İsmail Həniyə
    İsmail Həniyə

Fələstin islami müqavimət hərəkatı- Həmas-ın siyasi bürosunun sədri vurğulayıb ki, Fələstinli əsirlərin azadlığı məsələsi onun hərəkatının prioritetlərinin önündə durur.

SəhərAzəri-nin məlumatına əsasən, İsmail Həniyə deyib ki, bu hərəkat sionist rejim məhbəslərindəki fələstinli əsirlər, xüsusən aclıq keçirən əsrilərlə bağlı hadisələri yaxından izləyib, onların azadlığına lazım olan bütün addımları atacaqdır.

Həniyə sonra belə söyləyib: Həmas hərəkatı son günlər ərzində Ərriyadda bu hərəkatın tabeliyində olan əsirlərin azad edilməsi məsələsinə qarışmaları üçün bir çox ölkə ilə geniş miqyaslı əlaqələr saxlayıbdır.

Qeyd edək ki, Fələstin islami müqavimət hərəkatı- Həmas dəfələrlə fələstinli əsirlərin dərhal azad edilmələri vacibliyinə təkid edib. Bildiribdir ki, sionistlər əsirlərin mübadiləsi prosesi haqda dolayısı ilə müzakirələrin uğursuz qalmasının amilidirlər.

Altı fələstinli əsirin sentyabrın altısında «Cəlbu» supertəhlükəsizlik məhbəsindən qaçmasından və sionist rejimin təhlükəsizlik strukturuna zərbənin dəyməsindən sonra bu rejim fələstinli əsirlərə qarşı sərt tədbirləri şiddətləndiribdir.

Sionist rejim məhbəslərində saxlanılan bəzi fələstinli əsirlər bu rejimin zindanlar idarəsinin sərt tədbirlərinə etiraz olaraq, bir müddətdir ki, aclıq aksiyası keçirir.

 

Teqlər