Sionist hərbçilər fələstinli namaz qılanlara hücum ediblər
Sionist hərbçilər İordan çayının qərb sahilinin bir neçə bölgəsində fələstinli ibadət edənlərə hücum edərək onlarla nəfəri yaralayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin Qızıl Aypara Cəmiyyəti cümə günü bildirib ki, işğalçı qüvvələr Nablusun "Beyta" və "Beyt Dəcən" qəsəbələrində sakinlərin aksiyasına plastik güllələr və gözyaşardıcı qazlarla hücum ediblər, nəticədə 83 fələstinlini yaralanıb.
Eyni zamanda İordan çayının qərb sahilindəki Qalqiliya şəhərinin şərqində yerləşən "Kəfər Qəddum" qəsəbəsində də sionist rejim hərbçilərin həftəlik nümayişlərə hücumu nəticəsində, bir neçə nəfər plastik güllə ilə yaralanıb, onlarla nəfər isə gözyaşardıcı qazın buraxılması nəticəsində zəhərlənibdir.
Nümayişçilər cümə namazından sonra sionist sakinli qəsəbələrin inşasına etiraz olaraq, küçələrə çıxıblar ki, sionist hərbçilər tərəfindən hədəfə alınıblar.
Fələstin vətəndaşları sionist rejimin repressiyalarına baxmayaraq, torpaqları azad olunana qədər xalq müqavimətini davam etdirəcəklərini vurğulayıblar.