Noy 22, 2021 12:12 Asia/Baku
  • Sionist
    Sionist

Media mənbələri sionist qəsəbə sakinlərinin İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində fələstinlilərin evlərinə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist qəsəbə sakinləri bazar günü axşam saatlarında Nablusun cənubunda yerləşən "Oriyef" kəndində fələstinlilərin evlərinə basqın ediblər. 

Məlumata əsasən, sionistlər, həmçinin fələstinlilərin avtomobillərinə də hücum edərək, onlara xəsarət yetiriblər. 

İşğal olunmuş Qüdsdə də sionist qəsəbə sakinləri bu rejim hərbşilərinin dəstəyi ilə fələstinlilərə hücum edərək, onları döyüblər.

Sionistlər öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edirlər. İndiyədək bu hücumlarda çoxlu sayda fələstinli ölüb və ya yaralanıb.

BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, İsrail rejiminin qəsəbə salma fəaliyyəti qeyri-qanunidir; Buna baxmayaraq, sionist rejim fələstinlilərin evlərini dağıtmaqla və sionist qəsəbələri inşa etməklə hegemonluğunu davam etdirir.

Teqlər