Noy 22, 2021 13:10 Asia/Baku
  • FIFA
    FIFA

Beynəlxalq Futbol Assosiasiyası FIFA-nın sədri ziddiyyətli və siyasi motivli fəaliyyətləri ilə Qüdsdəki işğalçı rejimə dəstək verir.

Bu günlərdə Canni İnfantinonun rəhbərlik etdiyi Dünya Futbol Federasiyası FIFA sionistlərin ətəyinə yuvarlanıb və cari ildə Qüdsü işğal edən rejimə dəstək vermək məqsədilə bir neçə addım atıb. Bu məsələ etirazlara səbəb olacaq qədər irəliləyib.

FIFA-nın ən təməl qanun və qaydalarından biri siyasətin idmana qarışmamasıdır. 

İnfantino keçən ilin oktyabr ayında işğal olunmuş Fələstinə səfər edərək, fələstinlilərin "Məəmən Allah" qəbristanlığı üzərində qurulan işğalçı rejimin dırnaq arası sülh muzeyinə baş çəkərək, bu böyük idman qurumunun əsas qanununu pozdu.

FIFA son hərəkətində stadionlarda Fələstini dəstəkləməyi "siyasi" məsələ adlandırıb və buna görə, klublar, oyunçular və azarkeşlər üçün cərimələr nəzərdə tutub.

Teqlər