İordan çayının qərb sahilində onlarla fələstinli yaralanıb
-
fələstin
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində yerləşən "Beytləhm" şəhərinin mərkəzinə hücumu nəticəsində onlarla fələstinli yaralanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İşğalçı qüvvələr bazar günü axşam Beytləhmin mərkəzindəki "Şare Əl-Səf" bölgəsinə basqın edərək, fələstinlilərə doğru zəhərli qaz atıblar ki, nəticədə onlarla insan xəsarət alıb.
Sionist hərbçilər, həmçinin bir fələstinlini evinin yaxınlığında saxlayıblar.
İordan çayının qərb sahili bazar günü sionist rejimin İbrahim hərəminə hörmətsizliyi fonunda iğtişaşların və işğalçı qüvvələrin fələstinlilərə hücumunun şahidi olub.
İshaq Herzoq bazar günü İsrail rejimi ordusunun ciddi təhlükəsizlik tədbirləri altında İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərinə daxil olub.
Fələstin mediası sionist rejim ordusunun fələstinli ibadət edənlərin İbrahim hərəminə daxil olmasına mane olduğunu bildirib.
İshaq Herzoq bazar günü Ənvər bayramı zamanı yəhudi şamlarını yandırmaq üçün Əl-Xəlil şəhərindəki İbrahim məscidinin həyətinə basqın edib.