Fələstin muxtariyyətindən Təl-Əvivə xəbərdarlıq
-
Əbu-Əmru
Fələstin muxtariyyətinin baş nazir müavini Təl-Əvivə xəbərdarlıq edib və vurğulayıb ki; işğalçıların hərəkətlərinin davam edəcəyi təqdirdə, misli görünməmiş qərarlar qəbul edəcəyik.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin muxtariyyətinin baş nazir müavini və Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsinin üzvü Ziyad Əbu-Əmru sonra belə qeyd edib: Fələstin, Qüdsü işğal etmiş rejimin Məscidüləqsaya hücum və sionist qəsəbəsalma xüsusiyyət təşkil etməklə öz hücum siyasətlərini dayandırmayacağı halda, misli görünməmiş tədbirlərə əl atmaq niyyətindədir.
Əbu-Əmru vurğulayıb: Fələstin İsrail rejiminin cərəyanda olan gedişləri qarşısında susa bilməz, zira bu kimi gedişlər, Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin ölkəsini yaratmaq istiqamətində bizim üçün bir ərazi qoymayacaq.
Fələstin muxtariyyətinin baş nazir müavini qeyd edib ki, qəsbkarların hərəkətləri barədə söhbət edilmiş bütün tərəflər, xüsusən Çin, məhz sionist rejimi müqəssir bilirlər.
Əbu-Əmru sonra deyib: Mahmud Abbas mərkəzi şuranın qarşıdakı iclasında lazımi və zəruri qərarlar qəbul etmək məqsədilə bütün seçimləri araşdıracaq.
Mahmud Abbas ötən bazar ertəsi günü işğalçılara xəbərdarlıq etmişdi ki, öz hərəkətlərindən geri çəkilməyəcəkləri təqdirdə, mərkəzi şuranın növbəti iclasında qətiyyətli qərarlar qəbul edəcək.