Dek 23, 2021 20:11 Asia/Baku
  • Qərb sahilində bir fələstinli şəhid edilib

Dünən gecə sionist rejim hərbçilərinin atəşləri ilə qərb sahilində bir fələstinli şəhid olub.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin səhiyyə nazirliyi bildirib ki, yaralanmış 26 yaşlı Məhəmməd İsa Abbas Ramullahda yerləşən müalicə mərkəzinə köçürülsə də yaralarının ağırlığı üzündən, həyatını itirib.

Şahidlər bildiriblər ki, sionist hərbçilər Əlbirə şəhərində bir fələstinli avtomobilinə atəş açıblar; nəticədə bir nəfər yaralanıb.

Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə məzlum fələstinliləri şəhid edir, yaralayır və ya həbs edirlər.

 

Teqlər