Ən-Nəqəb etirazları zamanı 100-dən çox fələstinli saxlanılıb
Media mənbələri işğal altındakı Ən-Nəqəb bölgəsində sionist rejimin işğalçılığına qarşı etirazların başlamasından bəri 100-dən çox fələstinlinin həbs edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstinlilərin işğal olunmuş ərazilərdə yerləşən Ən-Nəqəb bölgəsində, son bir neçə gündə başlanmış və cümə günü gecəyə qədər davam edən etiraz aksiyaları zamanı, qadın və qızlar da daxil 100-dən çox fələstinli sionist hərbçilər tərəfindən saxlanılıb, onlarla insan isə yaralanıb.
Son günlərdə sionist rejim qüvvələri Ən-Nəqəb bölgəsinin müxtəlif kəndlərinə hücum edib və bu bölgələrin yerli sakinlərinin əkinçilik təsərrüfatlarını dağıdaraq, yeni sionist sakinli qəsəbələrin inşası üçün onların torpaqlarını işğal etməyə cəhd ediblər.
Ber Əs-səbə və Təl Əs-Səbə bölgələrində, həmçinin Rəhət qəsəbəsində fələstinli gənclərlə sionist hərbçilər arasında baş verən qarşıdurmalar da fələstinlilərin həbsinə səbəb olub.
Fələstin Müqavimət Komitələri bir bəyanatda sionistlərin fələstinliləri Nəqəb səhrasından çıxarmaq cəhdini pisləyiblər.