Yan 20, 2022 15:01 Asia/Baku
  • İşğalçıya daş atan terrorçudur yoxsa işğala məruz qalanın üzərinə atəş açan?-VİDEO

Fələstini işğal etmiş rejimin BMT-dəki nümayəndəsi Gilad Ardanın bu təşkilatdakı çıxışı gülüş obyektinə çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən,İşğalçı rejimin nümayəndəsi əliyalın fələstinlilərin işğalçıların odlu silahlarla hücumları qarşısında özlərini müdafiə üçün istifadə etdikləri yeganə silah olan daşı-kərpici terrorçuluq aləti kimi təqdim edib və bununla da dünya ölkələrini qane etməyə cəhd göstərib.

Sionist rejimin BMT-dəki təmsilçisinin vaxtı ilə bu rejimin keçmiş baş naziri Benyamin Netanyahonun gülünc hərəkətlərini yada salan bu tamaşası dünya səviyyəsində geniş reaksiyalara səbəb olaraq həm də gülüş obyektinə çevrilib.

Dünya səviyyəsində sosial şəbəkə istifadəçiləri belə suallarl paylaşırlar:

Özünü daşla müdafiə edən əliyalın fələstinlilər terrorçudur?

Ən modern silahlarla fələstinliləri Fələstin torpaqlarında hədəfə alan sionist hərbçilər sülh gövərçinləri, öz ata-baba torpaqlarında təpədən dırnağadək silahlanmış işğalçılar qarşısında özünü daş-kəsəklə müdafiə edən fələstinlilər isə terrorçudur!!??

Xatırladaq ki, sionist rejimin Haarets qəzeti bu rejimin fələstinli uşağları qətlə yetirməkdəki cinayətlərini etiraf edib. Qəzet yazır ki, Qəzzəyə qarşı son müharibədə sionist rejimin hərbi təyyarələri 9 aylıq körpədən tutmuş, 6, 8 və 13 yaşlı 67 uşağı şəhid edib.

 

Teqlər