Həmas hərəkatı küveytli tenisçinin hərəkətini yüksək dəyərləndirib
Fələstin İslami Müqavimət Hərəkatı Həmas küveytli tennisçinin sionist rejim təmsilçisinə qarşı yarışmaqdan imtina etməsini yüksək qiymətləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, küveytli yeniyetmə tennisçi Məhəmməd Əl-Avadi yanvarın 21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 14 yaşadək tennis üzrə dünya çempionatının yarımfinalına yüksələrkən, Fələstin xalqına dəstək məqsədilə sionist rejim təmsilçisi ilə qarşılaşmaqdan imtina edib. Bu addım ərəb mediasında və sosial şəbəkələrdə geniş rəğbətlə qarşılanıb.
Həmas hərəkatının sözçüsü Hazim Qasim etdiyi çıxışında Məhəmməd Əl-Avadinin bu hərəkətini yüksək qiymətləndirərək deyib: "Bu küveytli yeniyetmənin hərəkəti İslam ümmətinin vicdanından qaynaqlanır və izzət və ləyaqət prinsiplərinə uyğundur".
Həmas sözçüsü vurğulayıb ki, küveytli tennisçinin bu hərəkəti Fələstin məsələsini Küveyt xalqının qəlbindən çıxarmaq üçün edilən bütün "illüziyalı cəhdləri" puça çıxarıb.