İyordan çayının qərb sahilində sionist hərbçilər 13 fələstinlini həbs ediblər
Fev 02, 2022 18:07 Asia/Baku
-
fələstin
Media mənbələri İordan çayının qərb sahilində sionist yaraqlılar tərəfindən 13 fələstinlinin həbs olunduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim hərbçiləri bu gün "2 fevral) Əl-Xəlil qəsəbəsi, Beytləhmin şərqindəki Zəətrə, Ramullahın şimal-şərqindəki Səivad və Tulkərmin şimalındakı Seyda qəsəbələrinə basqın edərək, fələstinlilərin evlərində axtarış aparıb və 10 nəfəri həbs ediblər.
Sionist rejim hərbçiləri Nablusun cənubunda azad edilmiş fələstinli məhbuslardan birini iki gənclə birlikdə həbs ediblər.
Sionistlər dünən də 33 fələstinlini həbs etmişdilər.
Sionistlər öz ekspansionit məqsədlərinə çatmaq üçün gündəlik olaraq Fələstinin müxtəlif bölgələrinə hücum edir və saxta iddialarla fələstinliləri həbs edirlər.