Fev 10, 2022 15:46 Asia/Baku
  • Hənyə
    Hənyə

Həmas-ın siyasi bürosunun sədri cari həftədə sionistlər tərəfindən şəhid edilmiş üç fələstinli gəncin ailələrilə telefon əlaqəsində terroru, müqaviməti dayandıra bilməyəcək uğursuz qalmış bir siyasət adlandırıb

SəhərAzəri-nin məlumatına əsasən, İsmayıl Hənyə şəhidlər Əşrəf Əlmubəslət, Vədhəm Məbruk və Muhəmməd Əldəxilin ailələrilə telefon əlaqəsi yaradıb. Bu üç fələstinli gənc cari həftədə sionist rejimin xüsusi təyinatlı qüvvələri tərəfindən Nablusda terror və şəhid edilibdir.

Hənyə bu telefon bağlantısında qeyd olunan ailələrlə həmrəylik elan etməklə deyib ki, terror siyasəti uğursuz qalmış bir siyasətdir və müqaviməti dayandıra və ya fələstinli mübariz və döyüşçüləri müqaviməti davam etdirməkdən çəkindirə bilməz.

Həmas rəhbəri vurğulayıb ki, bu şəhidlərin qanları hədər getməyəcək; Həmas və bütün fələstinli qruplar onu, onlara tapşırılmış bir əmanət hesab edirlər. Bu qanlar Fələstin muxtariyyəti ilə sionist rejim arasındakı təhlükəsizlik koordinasiyasını tərk etməyə dair açıq çağırışa malikdirlər.

Teqlər