On minlərlə fələstinli Əl-Əqsa məscidində cümə namazı qılıb
https://azeri.sahartv.ir/news/fələstin-i385888-on_minlərlə_fələstinli_Əl_Əqsa_məscidində_cümə_namazı_qılıb
Sionist rejimin güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, on minlərlə fələstinli Əl-Əqsa məscidinin ətrafında cümə namazı qılıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 12, 2022 16:20 Asia/Baku
  • On minlərlə fələstinli Əl-Əqsa məscidində cümə namazı qılıb

Sionist rejimin güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, on minlərlə fələstinli Əl-Əqsa məscidinin ətrafında cümə namazı qılıb.

SəhərAzəri-nin məlumatına əsasən,Qüds İslam Vəqfləri İdarəsinin məlumatına görə, Fələstin xalqının Əl-Əqsa məscidinə getməsinin qarşısını almaq üçün sionist hərbçilər və qəsəbə sakinlərinin əngəl törətməsinə baxmayaraq, bu həftənin siyasi-ibadi cünə namazı 50 min fələstinlinin iştirakı ilə qılınıb. 

Sionist rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, fələstinlilər Əl-Əqsa məscidinə daxil olublar və sionistlər onların qarşısını almaqda aciz qalıblar. 

Əl-Əqsa məscidi Qüds şəhərinin İslama və Fələstina aid olduğunu göstərən əsas simvol olaraq, həmişə sionist rejimin dağıdıcı hərəkətlərinin hədəfində olub.