Fev 27, 2022 14:59 Asia/Baku
  • İsrail casusları Qəzzə zolağında tələyə düşüb

Fələstin Müqavimət Qruplarının təhlükəsizlik xidmətləri Qəzzə zolağında bir neçə İsrail casusunu həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın bəzi mənbələri bildiriblər ki, müqavimət təhlükəsizlik qüvvələri iki ay əvvəldən dövlət təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq edərək sionist rejimə qarşı geniş kampaniyaya başlayıblar və bu kampaniya zamanı bu rejimə dəhşətli zərbə vura və onun bir sıra casuslarını həbs edə biliblər.

Bu mənbələrə görə, belə hərəkətlər Qüdsü işğal edən rejimin kəşfiyyat aparatına və onun zabitlərinə daha böyük zərbələr vurmaq üçün davam edəcək.

HƏMAS hərəkatının mənbələri həmçinin müqavimət və hökumətin təhlükəsizlik orqanlarının işğalçı rejimin kəşfiyyat təşkilatları ilə böyük qarşıdurmaya girdiyini və vaxtaşırı bu rejimə ağrılı zərbələr endirdiyini bildiriblər. 

Sionist rejim fələstinli döyüşçüləri terror etmək məqsədilə onların yaşadıqları ünvan və ya fəaliyyətləri barədə məlumat əldə etmək üçün casusları cəlb və yetişdirmək üçün böyük səylər göstərir.

Teqlər