Mart 08, 2022 21:13 Asia/Baku
  • Sionist
    Sionist

Sionist rejim işğal olunmuş Qüdsün şərqində yerləşən Cəbəl əl-Zeytun rayonunda böyük bir yəhudi mərkəzi inşa etmək niyyətindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim dünya ictimaiyyətinin onun işğal olunmuş Qüdsü yəhudiləşdirmək istiqamətindəki addımları qarşısında susması sayəsində öz düşmənçilik siyasətlərini davam etdirməkdədir.

Qüdsü işğal etmiş rejimin koalisiya hökuməti Cəbəl əl-Zeytun və ya Əl-Turda, qeyd olunan yəhudi mərkəzinin yaradılması haqda bir müqavilə imzalayıb.

Bu mərkəzə sinaqoq, təhsil mərkəzləri, kitabxana, konfrans zalı, xüsusi xəritə araşdırması institutu, qəbristan və nəzarət mərkəzləri şamil olacaq.

Bu məlumatları sionist rejimin yeddinci telekanalı verib.

Sionist rejimin Tayms qəzeti də bundan qabaq bu rejimin nadir bir qəsəbəsalma layihəsinin icrasına hazır olduğunu bildirmişdi.

Son vaxtlar sionist rejim hökuməti daha çox sionisti və sionist qəsəbə sakinini Nüdbə divarı ətrafında iştiraka təşviq etmək üçün işğal olunmuş Qüdsdəki müqəddəs məkanları daha çox yəhudiləşdirmək istiqamətində bir layihə qəbul etdi.

 

Teqlər