İslami Cihad Hərəkatının üzvü:
"Hersoqun Türkiyədə qarşılanması Fələstin xalqına arxadan vurulan bir xəncərdir"
Fələstin İslami Cihad Hərəkatının Siyasi Bürosunun üzvü Yusif Əl-Həsaynə Türkiyənin işğalçı rejimin başçısı və hərbi komandırlərini ölkəsində qəbul etməsi Fələstin xalqına arxadan vurulan bir xəncər kimi dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatının Siyasi Bürosunun üzvü Yusif Əl-Həsaynə etdiyi çıxışında sionist rejim başçısının Ankaraya səfərini qınayıb və deyib: "İsrail rejimi müstəmləkəçi Qərb tərəfindən yaradılan qeyri-qanuni bir rejimdir".
Əl-Həsayne əlavə edib: "Sionist rejimlə istənilən əlaqə və münasibətlərin normallaşması bu işğalçı rejimin cinayətlərini qəbul etmək deməkdir".
Bundan əvvəl Həmas və Fələstin İslami Cihad hərəkatları sionist rejimin Türkiyəyə səfərinə reaksiya verərək, sionistlərlə hər cür əlaqəyə qarşı olduqlarını vurğulayıblar.
Sionist rejim başçısının Türkiyəyə səfəri elə bir haldadır ki, Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə hökumətinin rəsmiləri İsrail rejiminin işğalçılığı qarşısında Fələstin xalqını dəstəklədiklərini dəfələrlə bəyan ediblər, amma bu dəstək təkcə sözdə olub.