Sionist rejimin Cenindəki cinayətlərinin nəticələri haqda xəbərdarlıq
-
Məhəmməd İştiyyə
Sionist rejimin Cenin və Beyt-Ləhmdəki cinayətlərinin nəticələri haqda xəbərdarlıq edən Fələstin muxtariyyətinin baş naziri onu bu qəsbkar rejimin düşmənçilik hərəkətlərinin yeni bir fəsli adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri dünən İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə basqında üç fələstinli gənci şəhid ediblər. Bu basqında azı yeddi fələstinli də yaralanıbdır.
Fələstin muxtariyyətinin baş naziri Məhəmməd İştiyyə vurğulayıb ki, Təl-Əviv fələstinlilərə qarşı bütün cinayətlərin nəticələrində məsuliyyət daşıyır.
O, qeyd edib ki, sionist rejimin Cenin və Beyt-Ləhmdəki cinayətləri bu rejimin hərbi məsul şəxsləri, hərbçiləri və sionist qəsəbə sakinlərinin qətl və qorxu yaratmaq üzrə etiqadlarını əks etdirir.
İştiyyə əlavə edib: Bu cinayətlərdə sionist qəsəbə sakinləri sionist rejimin baş nazirinin birbaşa icazəsi və göstərişi ilə fələstinliləri qətlə yetirmək üçün silahdan istifadə edirlər.
Hüquq təşkilatlarının özlərinin son məlumatlarında sionist rejimin hərəkətlərini hərbi cinayət və irqi təmizləmənin nümunəsi adlandırdıqlarını diqqətə çəkən Fələstin muxtariyyətinin baş naziri bu təşkilatları sionist rejimin son cinayətlərini pisləməyə çağırıb.