Apr 04, 2022 15:16 Asia/Baku
  • Sionistlər Ramazan ayı mərasiminə hücum ediblər; 19 fələstinli yaralanıb

Sionist hərbçilərin Əl-Əqsa məscidi yaxınlığında Ramazan ayı münasibətilə keçirilən mərasimə hücumu nəticəsində bir neçə fələstinli yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin mediası bazar ertəsi səhər saatlarında işğalçı sionist rejim hərbçilərinin müsəlman oruc tutanların Ramazan ayı münasibətilə "Babəl Əmud" və Əl-Əqsa məscidinin həyətində keçirdiyi mərasimə hücumundan və toqquşmaların baş verdiyindən xəbər veriblər. 

Məlumata əsasən, gizli polis və süvari qüvvələri, eləcə də sionist rejim əsgərləri tam təchizatla müdafiəsiz fələstinlilərə hücum edərək, Ramazan mərasimini pozmağa cəhd ediblər.

Fələstinin Səhiyyə Nazirliyi bir neçə dəqiqə sonra sionistlərin Məscidül-Əqsaya hücumu nəticəsində yaralıların sayının 11 nəfərə yüksəldiyini xəbər verib. 

Həmçinin işğalçıların təcavüzü qarşısında dayanmaq istəyən bir neçə fələstinli gəncin saxlandığı bildirilir. 

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS İsrailin uşaq öldürən rejiminin bu təcavüzü ilə bağlı bir bəyanat yayaraq, bildirib ki, Sionist düşmənin xarici işlər nazirinin Qüdsdə Babəl Əmuda gəlməsi və insanlara tərəf atəş açılması təhlükəli skalasiyadır".

Teqlər