Sionistlər Babulamudda fələstinlilərlə hücum ediblər
-
Sionistlər
Mübarək ramazan ayının əvvəlindən işğal olunmuş Qüdsə daha çox hərbi qüvvə göndərmiş sionistlər dünən gecə də Qüdsün Babulamud məhəlləsində fələstinlilərə hücum ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Müşahidəçilərin məlumatlarına əsasən, sionist hərbçilər fələstinliləri Babulamuddan dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər.
İşğalçı rejimin qüvvələri Babulamud məhəlləsində və ətraf məhəllələrdə geniş iştiraka malikdirlər.
Sionist rejim hərbçiləri həmçinin dünən gecə işğal olunmuş Qüdsdə iki fələstinli gənci həbs ediblər. Bazar günü gecə Babulamud məhəlləsində baş vermiş döyüşlərdə də on doqquz fələstinli yaralanmış, on nəfər də həbs olunmuşdu.
Belə bir halda, sionist medialar xəbər veriblər ki, bu rejimin xarici işlər naziri Yair Lapid Babulamud məhəlləsinə baş çəkib.
Digər tərəfdən, sionist rejimin müharibə naziri Beni Qantz Lapidin Babulamud məhəlləsində olmasını tənqid edib. Deyib ki, bu hərəkət həmin məhəllədə vəziyyətin səbatsızlaşmasına bais olacaq.
Həmçinin Beyt-Ləhmin cənubunda yerləşən Əlxizr qəsəbəsinə basqın edən işğalçı rejimin qüvvələri fələstinli gənclərlə toqquşub və onlara qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər.
Sionist medialar bundan öncə xəbər vermişdilər ki, bu rejimin hərbi başçıları fələstinlilərin müqavimət əməliyyatlarından qorxuya düşdükləri üçün işğal olunmuş Qüdsə iki yüz xüsusi təyinatlı qüvvə göndəriblər.
Fələstinli bir gəncin çərşənbə axşamı günü beş sionistin ölümü ilə nəticələnən Təl-Əvivdə keçirdiyi əməliyyat, işğalçı rejimin təhlükəsizlik və ictimai boşluq və zəifliklərini göstərdi.
Son günlər ərzində fələstinlilərin Təl-Əvivin içərilərinədək anti-sionist əməliyyatlarının artması, sionist rejim başçıları və sionist qəsəbə sakinlərində qorxu və nigarançılıq hissi yaradıb.