Cenində bir fələstinli gənc şəhid edilib
Bir fələstinli gənc sionist hərbçilərin atəşilə Cenin şəhərində şəhid edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Cenin şəhərinin cənub-qərbində yerləşən Bərqeyn kəndinin sakini olan 18 yaşlı Həməd Məssad bu gün səhər tezdən sionist hərbçilər tərəfindən baş nahiyəsindən hədəfə alınıb və şəhid olubdur.
Fələstinli hüquq mərkəzlərinin statistikalarına görə, ötən həftə ərzində işğal olunmuş ərazilərdə fələstinlilərlə sionist qəsbkarlar arasında 106 halda toqquşma və üç halda atışma elan edilibdir ki, bu zaman iki fələstinli şəhid olub, on iki sionist də yaralanıbdır.
Digər tərəfdən, sionist rejim hərbçiləri qərb sahilində yerləşən Cenin düşərgəsinə basqın zamanı, ittihamı elan edilmədən beş fələstinlini həbs ediblər.
Sionist hərbçilər və sionist qəsəbə sakinləri mübarək ramazan ayı başlanandan bəri öz cinayətlərini şiddətləndirmək, Məscidüləqsaya basqın etmək, həmçinin fələstinlilər və müsəlmanların müqəddəs məkanlarına qarşı hörmətsizlik etməklə bir qrup fələstinlini şəhid edib, yüzlərlə fələstinlini də yaralayıb və ya həbs ediblər.