Təl-Əviv üçüncü gün dalbadal uğursuz qalıb
Sionist hərbçilər üçüncü gün dalbadal “Elad” anti-sionist əməliyyatı amillərinin aşkar və həbs edilmələrində uğursuz qalıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Cümə axşamı günü gecə fələstinlilərin Təl-Əvivin şərqində yerləşən “Elad” sionist qəsəbəsinin sakinlərinə qarşı müqavimət əməliyyatı gedişində üç sionist öldürülüb və doqquz sionist də yaralanıbdır.
“Elad” sionist qəsəbəsində müqavimət əməliyyatının keçirilməsindən üç gün ötür. Sionist hərbçilər bu əməliyyatın amillərini axtarmaqda davam edirlər.
“Elad” əməliyyatı sionist rejimin fələstinlilərin şəhadətsevər əməliyyatları qarşısında təhlükəsizlik cəhətdən aciz qaldıqlarını bir daha göstərdi. İki aydan az bir zamanda işğal olunmuş ərazilərdə şəhadətsevər əməliyyatlar nəticəsində on səkkiz sionist öldürülüb.