May 15, 2022 19:55 Asia/Baku
  • Sionizm planı birdəfəlik məhv edilməlidir

Fələstin İslami Cihad Hərəkatının baş katibi deyib: 74 ildir ki, Fələstin xalqı mürəkkəb şəraitə rəğmən, bütün əzmkarlığı ilə cinayətkar sionist rejimin cinayətlərilə mübarizə aparır.

SəhərAzəri-nin məlumatına əsasən, Ziyad Əlnəxalə bildirib ki, bu müddətdə Fələstin xalqının qüdrəti və qətiyyəti artıb və o, bu qənaətə gəlibdir ki, sionizm planı bu regionda həmişəlik olaraq məhv edilməlidir.

Fələstin İslami Müqavimət Hərəkatı Həmas da Fələstinin qəsb edilməsinin 74-cü ildönümü münasibətilə yaydığı bəyanatda vurğulayıbdır ki, Fələstin ərazilərində işğalçılara əsla yer yoxdur.

1948-ci il mayın on beşi, fələstinlilər üçün bədbəxtlik günü və fələstinlilərin sionistlər tərəfindən zorla köçürülmələrinin təzahürüdür.

 

Teqlər